Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün sosial media hesabından xəbər verib.
O, qəza baş verən gündən axtarış işlərinin fasiləsiz aparıldığını və itkin düşənlərin hamısının cəsədi tapılana qədər davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, qurum rəhbəri aprelin 5-də də bir fəhlənin cəsədinin tapıldığını bildirmişdi. Digər itkin düşənlərin axtarışı davam edir.
Xatırladaq ki, fevralın 13-də “Anagold” mədənində torpaq sürüşməsi baş verib. Faciə zamanı doqquz işçi ilə əlaqə itib.
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.